MƏXFİLİK SİYASƏTİ

 
Son yenilənmə tarixi: 07.11.2025

1.      Məxfilik Bəyannaməsi
e-KOB” Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən idarə olunan rəqəmsal platformadır (bundan sonra “e-KOB” və ya “Portal”). Hazırkı Məxfilik Siyasəti Portal üzərindən təqdim olunan elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada göstərilməsi, istifadəçilərin bu xidmətlərdən istifadəsi, portala qoşulmuş informasiya sistemləri və ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) qanunla müəyyən edilmiş qaydada informasiya sorğulanması zamanı əldə edilən məlumatların (verilənlərin) toplanması, istifadəsi, açıqlanması və emalı qaydasını müəyyən edir.

Bu Siyasət çərçivəsində Portalın iştirakçıları dedikdə informasiya sistemləri və ehtiyatları portala qoşulmuş, onlar vasitəsilə elektron xidmətlər göstərən və portala qoşulmuş digər informasiya sistemləri və ehtiyatları ilə informasiya mübadiləsində iştirak edən dövlət və qeyri-dövlət qurumları nəzərdə tutulur.

Bu Siyasət çərçivəsində elektron kabinet dedikdə, Vahid Giriş Sistemindən istifadə etməklə istifadəçinin özü barədə olan məlumatlar (sənədlər) və həmin məlumatlardan (sənədlərdən) istifadə edilməsi barədə qeydlərlə tanış olduğu, onları əldə edib idarə etdiyi, elektron xidmətlərdən yararlandığı, ödənişlər etdiyi, habelə Portal sahib/operatörü, iştirakçıları və digər istifadəçilərlə qarşılıqlı əlaqəni təmin edən fərdi elektron səhifə başa düşülür.

Hazırkı Siyasət üzrə verilənlər dedikdə informasiya və rəqəmsal texnologiyalar vasitəsilə emal edilə bilən:
·         Sizin məlumatlarınız və fərdi məlumatlarınız;
·         Elektron kabinetinizə dair məlumatlar;
·         Sizin tərəfinizdən təmin edilən və sizinlə əlaqəli üçüncü şəxslərə dair məlumatlar nəzərdə tutulur.

e-KOB üzərindən elektron xidmətlərdən istifadəniz, bu Siyasətdə göstərilən qaydada fərdi və digər məlumatlarınızın toplanmasına, istifadəsinə, emalına və açıqlanmasına razılığınız kimi qəbul edilir. e-KOB-dan istifadə etməzdən öncə bu Məxfilik Siyasətiİstifadə Qaydaları ilə tanış olmağınız tövsiyə olunur.

Portal iştirakçıları tərəfindən göstərilən bəzi xidmətlər üzrə əlavə və ya ayrıca Məxfilik sənədləri təqdim edilə bilər.

2.      Toplanan məlumatlar
Portaldan istifadənizlə əlaqədar toplanan məlumatlar bu Siyasət və qanunla nəzərdə tutulmuş hallar daxilində toplanır. Toplanan məlumatlar Agentlik tərəfindən Portaldan istifadənizin təmin edilməsi üçün tələb olunan məlumatlarla məhdudlaşmır və aşağıdakıları əhatə edir.

2.1.  “Kabinet”in formalaşdırılması üçün istifadə edilən məlumatlar
2.1.1.      Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);
2.1.2.      Fəaliyyət növü;
2.1.3.      Sahib olduğu lisenziyalar və icazələr barədə məlumatlar;
2.1.4.      Sahibkarlıq subyektlərinin meyarlarına görə bölgüsü (mikro/kiçik/orta);
2.1.5.      Əlaqə vasitələri (telefon nömrəsi, elektron poçt ünvanı);
2.1.6.      Fiziki şəxs olduqda – fiziki şəxsin şəxsiyyət vəsiqəsi məlumatları;
2.1.7.      Hüquqi şəxs olduqda – hüquqi şəxsin adı, hüquqi ünvanı, təşkilati-hüquqi forması, mülkiyyət növü, qeydiyyat şəhadətnaməsinin nömrəsi və verilmə tarixi.

2.2.  “KOB reyestr” bölməsində istifadə edilən məlumatlar
2.2.1.      Hüquqi şəxsin adı; fərdi sahibkarın soyadı, adı, atasının adı;
2.2.2.      Qanuni təmsilçinin (təmsilçilərin) soyadı, adı, atasının adı;
2.2.3.      Hüquqi şəxsin hüquqi ünvanı, fərdi sahibkarın yaşayış ünvanı;
2.2.4.      KOB subyektinin eyniləşdirmə nömrəsi (VÖEN);
2.2.5.      KOB subyektinin dövlət qeydiyyatına dair dövlət reyestrindəki məlumatlar;
2.2.6.      KOB subyektinin əlaqə vasitələri;
2.2.7.      KOB subyektinin meyarlara görə bölgüsü (mikro, kiçik, orta);
2.2.8.      Verilmiş lisenziyalar və icazələr;
2.2.9.      Fəaliyyət sahəsi;
2.2.10.  Müvafiq qanunlara uyğun aparılmış yoxlamalar (monitorinqlər) barədə məlumat: yoxlamanı aparan orqan, növü (planlı/plandankənar), nəticələr, tətbiq edilmiş məhdudiyyət tədbirləri (olduqda);
2.2.11.   KOB subyektinə dəstək göstərmiş qurumun/təşkilatın adı, dəstəyin növü, forması, məzmunu, məbləği (olduqda), müddəti və tarixi;
2.2.12.  Dövlət orqanlarının və KOB-lara dəstək infrastrukturunun qiymətləndirmə nəticələri barədə məlumatlar;
2.2.13.  Fəaliyyətə dair digər məlumatlar (məsələn, riskli vergi ödəyicisi statusu və s.).

2.3.  “Biznes naviqator”
Hər bir alət üzrə xidmətin aktivləşdirilməsi üçün tələb olunan fərdi və biznes məlumatları (məsələn, fəaliyyət sahəsi, region, əlaqə vasitələri və s.).
2.4.  Texniki və əlaqəli məlumatlar
2.4.1.      Elektron kabinetə dair giriş məlumatları (Vahid Giriş Sistemi üzrə);
2.4.2.      Əlaqə məlumatları: telefon nömrəsi, e-poçt, poçt indeksi və ünvan;
2.4.3.      Bildirişlər üçün təqdim edilmiş əlaqələndirici məlumatlar (SMS, e-poçt, push və s.);
2.4.4.      Lokasiya məlumatı (icazə verildiyi halda), IP ünvanı, şəbəkə interfeysləri, cihaz növü və modeli və s.;
2.4.5.      Sessiyası bitmiş/dayandırılmış xidmət/formanın bərpası üçün müvəqqəti yadda saxlanılan məlumatlar;
2.4.6.      Cihaz icazələri nəticəsində toplanan məlumatlar (kamera, yaddaş və s.);
2.4.7.      Portal üzərindən dövlət qurumlarına ünvanlanmış vətəndaş müraciətləri;
2.4.8.      Əcnəbinin şəxsiyyətini təsdiq edən məlumatlar;
2.4.9.      İstifadəçinin mobil telefonunda mövcud ola bilən əlaqə nömrələri (yalnız istifadəçi tərəfindən təqdim edildikdə və/və ya icazə verildikdə).

2.5.  Toplanma üsul və vasitələri
2.5.1.      Analitik teqlər – funksionallığın və istifadəçi təcrübəsinin təkmilləşdirilməsi üçün.
2.5.2.      Kukilər – sesiyanın idarə edilməsi, funksionallığın saxlanılması və anonim veb-istifadə analitikası üçün. Kukiləri brauzerdə məhdudlaşdırmaq mümkündür (bəzi funksiyalar məhdudlaşa bilər).
2.5.3.      Server qeydləri (logs) – səhifə sorğuları, səhvlər, giriş cəhdləri, IP və s. üzrə inzibati/təhlükəsizlik məqsədləri ilə.
2.5.4.      Cihaz məlumatları – cihaz modeli, əməliyyat sistemi, verilmiş icazələr (coğrafi yerləşmə, kamera, audio/video və s.).

3.      Toplanmış məlumatların emalı və istifadəsi məqsədləri
Agentlik toplanmış məlumatları aşağıdakı məqsədlərlə emal edə bilər:
3.1.  e-KOB-dan istifadənizə kömək etmək və asanlaşdırmaq, elektron kabinetin yaradılması və girişin təmin edilməsi (o cümlədən Vahid Giriş Sistemi ilə);
3.2.  Sorğu, rəy və şikayətlərə geri dönüş;
3.3.  Portalın təkmilləşdirilməsi üçün istifadəçi davranışının izlənməsi və anonimləşdirilmiş statistikanın hazırlanması;
3.4.  Məlumatların qanunla müəyyən edilmiş qaydada saxlanması və ehtiyat nüsxələrinin yaradılması;
3.5.  E-poçt, SMS, push və s. vasitələrlə kabinet və xidmətlərlə bağlı bildirişlərin göndərilməsi;
3.6.  Dövlət qurumlarının bazar araşdırmaları, sorğular və təşviqat tədbirləri çərçivəsində, qanuni əsas olduqda əlaqə;
3.7.  Qanunla nəzərdə tutulan digər məqsədlər.

4.      Toplanmış məlumatların paylaşılması, ötürülməsi və açıqlanması
4.1.  Məlumatlar, qanunla qadağan edilmədiyi və məlumat sahibinin razılığı olduğu halda, aşağıdakı tərəflərlə paylaşına bilər:
·        Elektron xidmətlərin göstərilməsi üçün informasiya sistemlərinin qarşılıqlı əlaqəsinin təmin edilməsi məqsədilə – dövlət qurumları (struktur bölmələri və tabeli qurumlar daxil olmaqla);
·        Məhkəmə qərarı və ya qanunvericiliklə nəzərdə tutulan hallarda – üçüncü şəxslərlə;
·        Hüquq-mühafizə orqanları və məhkəmələrlə – əməliyyat-axtarış, məhkəmə araşdırması, ictimai qayda və milli təhlükəsizlik məqsədləri ilə;
·        e-KOB portalı üzərindən e-xidmət təklif edən sahibkarlıq subyektləri ilə – yalnız müvafiq xidmətin göstərilməsi məqsədilə və xidmət üzrə məlumat hədləri daxilində.
4.1.1.   Xidmət təklif edən sahibkar e-KOB portalında xidmətini yerləşdirərkən, xidmətin göstərilməsi üçün xidmət almaq istəyənə dair əldə edilməsi zəruri hesab edilən məlumatların siyahısını (“Xidmət üzrə məlumat hədləri”) sistemdə qeyd edir.
4.1.2.   KOBİA operator qismində bu məlumatları xidmət almaq istəyən şəxsə xidmət sifarişi mərhələsində göstərir və məlumat ötürülməsi üçün rəqəmsal razılıq alınmasını təmin edir.
4.1.3.   Xidmət almaq istəyən şəxs gücləndirilmiş elektron vasitələrlə (ASAN İmza, SİMA və ya Digital Login) razılığını təsdiqlədikdən sonra, yalnız həmin razılıqda göstərilən məlumatlar xidmət təklif edənə təqdim edilir.
4.1.4.   Hər ötürülmə faktı üzrə KOB reyestr bölməsində qeyd aparılır, burada məlumatın ötürülmə tarixi, xidmət təchizatçısının identifikatoru və məlumat hədləri göstərilir.
4.1.5.   Məlumat sahibi istədiyi halda, bu sənədin 8-ci bölməsində təsvir edilən Rəqəmsal Razılıq Sistemi vasitəsilə məlumat ötürülməsini dayandıra bilər.
4.2.  Portal vasitəsilə təqdim edilən vətəndaş və sahibkar müraciətləri aidiyyəti üzrə müvafiq dövlət qurumlarına və e-KOB üzərindən e-xidmət göstərən sahibkarlıq subyektlərinə yönləndirilərkən, yalnız müraciətin icrası üçün zəruri olan identifikasiya məlumatları (ad, VÖEN, FİN, əlaqə vasitələri və müraciətin predmeti) ötürülür.
4.3.  Məlumatların məqsəddən kənar istifadəsinə görə məsuliyyət:
4.3.1.    e-KOB portalı üzərindən e-xidmət göstərən sahibkarlıq subyektləri, əldə etdikləri məlumatlardan yalnız xidmətin göstərilməsi, müqavilə öhdəliklərinin icrası və müvafiq hüquqi tələblərin yerinə yetirilməsi məqsədi ilə istifadə edə bilərlər.
4.3.2.    Əldə edilən məlumatların reklam, marketinq, üçüncü şəxslərə ötürülməsi və ya kommersiya məqsədilə istifadəsi qanunla qadağandır və bu hallarda “Fərdi məlumatların qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa, İnzibati Xətalar Məcəlləsinin 271-1-ci maddəsinə və digər müvafiq qanunvericilik aktlarına uyğun inzibati və ya cinayət məsuliyyəti tətbiq olunur.
4.3.3.    KOBİA operator qismində bu kimi pozuntular barədə daxil olan məlumatları məlumatların qorunması üzrə səlahiyyətli orqana (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə) və zəruri hallarda hüquq-mühafizə orqanlarına yönləndirir.
4.3.4.    Bu qaydanın pozulması aşkar edilərsə, e-KOB portalında həmin sahibkarlıq subyektinin:
·         hesabı müvəqqəti bloklanır;
·         təkrarlanma halında B2B kataloqdan çıxarılırfəaliyyəti üzrə hüquqi qiymətləndirmə aparılır;
·         məlumatlar üzrə audit qeydi KOB Reyestrində qeyd olunur.
4.3.5.    e-KOB platformasında fəaliyyət göstərən bütün xidmət təklifçiləri qeydiyyat zamanı “Məlumatların qorunması və istifadəsi barədə rəqəmsal razılaşma”nı e-imza ilə təsdiqləyirlər. Bu razılaşma onların qanunvericilik məsuliyyətinə yazılı şəkildə razı olduqlarını təsdiq edir.

5.      Üçüncü şəxslərə aid verilənlərin toplanması
5.1.   e-KOB-da xidmət təklif edən və ya xidmət alan şəxs üçüncü şəxslərə aid məlumatları təqdim etdikdə, həmin şəxslərə məlumatlarının e-KOB vasitəsilə toplanacağı və ya emal ediləcəyi barədə öncədən məlumat verməlirazılıqlarını təmin etməlidir.
5.2.   Üçüncü şəxslərə aid məlumatın təqdim edilməsi ilə, təqdim edən tərəf bu məlumatların tam, dəqiq və düzgün olduğunu və onların toplanması, istifadəsi, açıqlanması və emalı üçün səlahiyyətə malik olduğunu təsdiq edir.
5.3.   Üçüncü şəxslərə aid məlumatlar da yalnız xidmət üzrə müəyyən olunmuş məlumat hədləri daxilində paylaşılır və bu məlumatlara dair ötürülmə və emal prosesi Rəqəmsal Razılıq Sistemi (bölmə 8) çərçivəsində icra olunur.

6.      Digər istifadəçilərdən əldə edilən məlumatlar
6.1.   e-KOB platformasında digər istifadəçilər tərəfindən sizin haqqınızda (məsələn, mobil nömrə, VÖEN, FİN, əlaqə vasitələri və s.) məlumat təqdim oluna bilər.
6.2.   Bu məlumatlar əsasında sizə mesaj göndərilməsi, zəng edilməsi və ya elektron bildirişlə xidmət təklifi göndərilməsi mümkündür.
6.3.   Belə məlumatların toplanması, ötürülməsi və açıqlanması bu Siyasətin 5-ci bölməsindəki tələblərə və 8-ci bölmədə göstərilən Rəqəmsal Razılıq Sisteminin qaydalarına uyğun həyata keçirilir.
6.4.   Hər hansı məlumat mübadiləsi yalnız məlumat sahibinin razılığı ilə və KOBİA-nın operator nəzarəti altında icra olunur.

7.      e-KOB bildirişləri
7.1.  Agentlik e-KOB bildirişlərini təqdim etmək üçün məlumatlarınızı toplayır, istifadə edir və açıqlayır. Bu, aşağıdakılara xidmət edir:
·         Portal iştirakçılarından bildirişlər almağınıza imkan yaratmaq;
·         Yeni bildiriş alındıqda bunu e-poçt, SMS, pop-up, push və ya digər üsullarla sizə çatdırmaq.
7.2.  Bildirişlər dövlət qurumlarının portala inteqrasiya olunmuş informasiya sistemləri və ehtiyatlarından da daxil ola bilər.

8.      Rəqəmsal Razılıq Sistemi vasitəsilə məlumatların ötürülməsi və razılığın dayandırılması
İstifadəçi elektron kabineti vasitəsilə Rəqəmsal Razılıq Sistemi çərçivəsində (EHİS üzərindən) turizm, bank, poçt, sığorta, maliyyə və s. sahələrdə xidmət göstərən subyektlərə məlumatların ötürülməsinə elektron razılıq verə və verilmiş razılığı rəqəmsal qaydada dayandıra bilər.

9.      Vətəndaş müraciətlərinin qəbulu və dövlət qurumlarına yönləndirilməsi
9.1.  Müraciətlərin yönləndirilməsi yalnız “Vətəndaşların müraciətləri haqqında” və “Fərdi məlumatlar haqqında” qanunlara uyğun hüquqi əsaslar/prosedurlarla həyata keçirilir.
9.2.  Agentlik yalnız texniki yönləndirmə əməliyyatlarını icra edir; müraciətlərin məzmunu, baxılma müddəti və nəticələri üzrə məsuliyyət daşımır.
9.3.  Müraciətlərin emalı zamanı fərdi məlumatların təhlükəsizliyi üçün qanunvericiliklə nəzərdə tutulmuş texniki və təşkilati tədbirlər görülür.
9.4.  Mahiyyəti/aidiyyəti dəqiq olmayan müraciətlər geri qaytarıla və aydınlaşdırma tələb oluna bilər.
9.5.  Məlumatların dövlət qurumlarına yönləndirilməsi yalnız qanuni əsaslarla mümkündür.

10. Əcnəbilərə dair məlumatların toplanması
Əcnəbilərə dair məlumatlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və milli qanunvericilik əsasında toplanır, emal edilir və mühafizə olunur.

11. Düzəlişlər
Elektron kabinet EHİS vasitəsilə dövlət informasiya sistemləri və ehtiyatlarında olan məlumatlar əsasında formalaşdırılır. Sizin daxil etdiyiniz məlumatlar istisna olmaqla, digər məlumatlara dəyişikliklər yalnız müvafiq qurumlar tərəfindən qanunla müəyyən edilmiş hallarda edilə bilər. Çatışmazlıq və ya dəyişiklik olduqda e-KOB üzərindən “əks-əlaqə” bölməsi ilə müvafiq informasiya sisteminin sahibinə müraciət edə bilərsiniz.

12. Məxfilik Siyasətinə dəyişikliklər
Bu Siyasət vaxtaşırı yenilənə bilər. Yeni redaksiya bu səhifədə yerləşdirilməklə və “Son yenilənmə tarixi” yenilənməklə elan ediləcək.

13. Əlavə məlumat
Agentliyin fəaliyyətində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi rəhbər tutulur.
Agentlik və onun fəaliyyəti ilə barədə daha ətraflı məlumat və əlaqə üçün: https://www.smb.gov.az