Daxili bazar araşdırmalarının aparılması
Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli Fərmanına uyğun olaraq, ölkəmizdə rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması məqsədilə daxili bazar araşdırmasının aparılması üçün mikro, kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərilir.
Daxili bazar araşdırmasının aparılması üçün dəstək tədbirləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən həyata keçirilir.
Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən qarşılanır. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmi çərçivəsində ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilər.
Hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği 20 min manata qədərdir. Bazar araşdırmasının aparılması üçün sahibkarlar fərdi və ya qrup halında müraciət edə bilərlər.
Daxili bazar araşdırması əldə etmək istəyən KOB subyektləri e-KOB portalı vasitəsilə müraciət edə bilərlər.