KOBİA və Misirin Ağıllı Yaşıl Layihələr üzrə Milli Təşəbbüs heyəti arasında görüş keçirilib

Misir şirkətlərinin Azərbaycanda sahibkarlıq mühiti, KOB-ların fəaliyyəti, yaşıl təşəbbüslər və bu sahədə dövlət dəstəyi tədbirləri barədə sualları cavablandırılıb.

“Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və COP29 çərçivəsində Azərbaycanda səfərdə olan Misirin Ağıllı Yaşıl Layihələr üzrə Milli Təşəbbüsünün nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin KOB subyektlərinə göstərdiyi dəstək və xidmətlər, eləcə də KOBİA-nın fəaliyyəti barədə məlumat verib, dayanıqlı və innovativ sahibkarlıq, yaşıl KOB-larla bağlı əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb. 

Görüş çərçivəsində Misir nümayəndə heyətinin Azərbaycanda sahibkarlıq mühiti, KOB-ların fəaliyyəti, yaşıl təşəbbüslər və bu sahədə dövlət dəstəyi tədbirləri barədə sualları cavablandırılıb. Həmçinin, Misir şirkətləri fəaliyyətləri barədə məlumat veriblər. 

Powered by Froala Editor

19.11.2024, 13:54 1
KOBİA elektron portalının pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur. logo