Ramazan ayı ilə əlaqədar sahibkarlar və biznes assosiasiyalar üçün iftar yeməyi təşkil olunub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) "Bakı KOB evi"ndə təşkil etdiyi iftar yeməyinə 100-ə yaxın Azərbaycan və Türkiyə iş adamı, biznes assosiasiyaların nümayəndələri, KOBİA yanında İctimai Şuranın üzvləri və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı qatılıb.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov tədbir iştirakçılarını qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib, birgə əməkdaşlığa dair fikirlərini bölüşüb.
Tədbir çərçivəsində iş adamları arasında sahibkarlıq fəaliyyətinə dair fikir mübadiləsi də aparılıb.
Powered by Froala Editor