Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini və “Enterprise Georgia”nın baş direktoru ilə görüşdə əməkdaşlıq perspektivlərinə, Gürcüstan və Azərbaycan arasında ticarət əlaqələrinin və investisiyaların artırılmasında KOB-ların roluna dair fikir mübadiləsi aparılıb.
Tbilisi şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini İrakli Nadareişvili və “Enterprise Georgia”nın baş direktoru Mixail Xidureli ilə görüşüb.
Görüşdə birgə əməkdaşlığa, Gürcüstan və Azərbaycan arasında ticarət əlaqələrinin və investisiyaların artırılmasında KOB subyektlərinin roluna dair fikir mübadiləsi aparılıb.
Powered by Froala Editor