"İssık-Kul 2023" VII Beynəlxalq İqtisadi Forumu keçirilib

Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi "İssık-Kul 2023" VII Beynəlxalq İqtisadi Forumunda işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi məsələləri də müzakirə olunub.

Qırğızıstanın Çolpan-Ata şəhərində "İssık-Kul 2023" VII Beynəlxalq İqtisadi Forumu keçirilib. “İpək yolu platforması: Regionların inkişafı üçün praktiki əməkdaşlıq perspektivləri” mövzusuna həsr olunan forumda Qırğızıstanda səfərdə olan Azərbaycan nümayəndə heyəti də iştirak edib. 

Tədbirdəki çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov kiçik və orta sahibkarların nəqliyyat və logistika sahələrində təchizat zəncirində rolu, bu sektorlarda KOB-ların xidmətlərindən istifadə barədə məlumat verib. Qeyd olunub ki, yeni İpək Yolunun potensialı regional əhəmiyyətli müxtəlif kommersiya, investisiya və digər layihələrdə özünü göstərə bilər. Bu özəl sektor, o cümlədən kiçik və orta biznes üçün də geniş imkanlar açır. 

Powered by Froala Editor

27.07.2023, 11:09 119
KOBİA elektron portalının pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur. logo