“İnvestisiya səyahəti” tədbirində Şəmkirdə fəaliyyət göstərən biznes subyektləri alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırılıblar.
Mərkəzi Bank, Bakı Fond Birjası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və investisiya şirkətlərinin iştirakı ilə Şəmkirdə “İnvestisiya səyahəti” tədbiri keçirilib.
Tədbirdə regionda fəaliyyət göstərən biznes subyektləri kapital bazarının imkanları və Bakı Fond Birjasında listinqin üstünlükləri barədə məlumatlandırılıb. Həmçinin tədbir çərçivəsində investisiya şirkətləri tərəfindən kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektlərinin təsərrüfatlarına yerində baxış keçirilib, onların maliyyələşmə imkanları dəyərləndirilib.
Qeyd edək ki, bu, sayca doqquzuncu “İnvestisiya səyahəti” tədbiridir. Bundan əvvəl sözügedən tədbir Gəncə, Xaçmaz, Lənkəran, Yevlax, Qəbələ, Şamaxı, Şabran və Göyçayda təşkil olunub. Mütəmadi olaraq təşkil olunan “İnvestisiya səyahəti” tədbirinin məqsədi regionlarda fəaliyyət göstərən biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdır.
Powered by Froala Editor