MONSHAAT-ın KOB Dəstək Mərkəzi ilə tanışlıq çərçivəsində KOBİA-nın KOB inkişafı mərkəzləri ilə əməkdaşlıq imkanlarına, ölkəmizdə KOB-lara göstərilən dəstək və xidmətlərə dair fikir mübadiləsi aparılıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Səudiyyə Ərəbistanına səfər çərçivəsində Kiçik və Orta Sahibkarlıq üzrə Baş İdarənin (MONSHAAT) KOB Dəstək Mərkəzində olublar.
KOBİA nümayəndələri mərkəzdə KOB-lara göstərilən xidmətlərlə tanış olub, Agentliyin KOB inkişaf mərkəzləri ilə əməkdaşlıq imkanlarına, ölkəmizdə KOB-lara göstərilən dəstək və xidmətlərə dair fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, MONSHAAT-ın KOB Dəstək Mərkəzində KOB-ların inkişafı və böyüməsi üçün təlim, məsləhət, mentorluq dəstəyi göstərilir, KOB-lar öz sektorlarındakı və daha böyük müəssisələrlə əlaqələndirilir.
Powered by Froala Editor