KOBİA və Sumqayıt Dövlət Universiteti arasında görüş keçirilib

Görüşdə Agentlik və universitet arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) əməkdaşları Sumqayıt Dövlət Universitetinin tələbə və müəllim heyəti ilə görüşüb. 

Görüşdə KOBİA-nın fəaliyyəti, dəstək və xidmətləri, xüsusilə də gənclərin daha çox maraq göstərdiyi “Startap” şəhadətnaməsi, “Bakı KOB evi”ndə fəaliyyət göstərən Startap İnkişaf Mərkəzi, təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün qrant dəstəyi barədə məlumat verilib. Tədbirdə universitetlə gələcək əməkdaşlıq imkanları, gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, tələbələrin biznes bacarıqlarının inkişaf etdirilməsi, onların KOBİA tərəfindən təşkil olunan biznes təlimlərinə cəlb edilməsi və mentorluq dəstəyinin göstərilməsi, biznes sahəsində uğur əldə etmiş iş adamları ilə tələbələrin görüşlərinin təşkili barədə fikir mübadiləsi aparılıb. 

Görüş çərçivəsində həmçinin sahibkarlıq fəaliyyətinə maraq göstərən tələbələrin, biznesin idarəedilməsi və menecment kimi ixtisasları tədris edən müəllimlərin sualları cavablandırılıb.

Qeyd edək ki, Sumqayıt Dövlət Universitetinin tələbəsinin onlayn psixoloq xidmətinin təşkili layihəsinə 2022-ci ildə KOBİA tərəfindən “Startap” şəhadətnaməsi verilib. 

Powered by Froala Editor

06.04.2024, 10:41 106
KOBİA elektron portalının pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur. logo