Azərbaycanda səfərdə olan Keniyanın Baş nazirinin müşaviri Karaqo Cozef Maquanın başçılıq etdiyi nümayəndə heyəti “Bakı KOB evi”ndə olub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Bakı KOB evi”nin nümayəndələri tərəfindən qonaqlara sahibkarlara vahid məkanda xidmət mərkəzi olan KOB evinin fəaliyyəti barədə məlumat verilib. Qeyd edilib ki, KOB evlərində biznes üçün G2B və B2B xidmətlərin bir məkanda göstərilməsi sahibkarların vaxtına və əməliyyat xərclərinə qənaət etməsinə imkan verir. Burada həmçinin startaplar üçün Startap İnkişaf Mərkəzi, təlim mərkəzi fəaliyyət göstərir. Hazırda KOB evləri ölkənin 3 şəhərini əhatə edir. Bir sıra iri şəhər və rayonlarda da KOB evlərinin yaradılması istiqamətində işlər görülür.
Keniya nümayəndə heyəti tərəfindən “Bakı KOB evi”nin fəaliyyəti maraqla qarşılanıb.
Powered by Froala Editor