“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib

Sahibkarlar özəl qurumların bank, logistika və yükdaşıma ilə bağlı xidmətlərinə daha çox müraciət ediblər. 

“Bakı KOB evi”ndə sahibkarlara dövlət qurumları ilə yanaşı, özəl qurumlar tərəfindən bank, logistika, yükdaşıma, konsaltinq, mobil operator, hüquqi məsləhət kimi xidmətlər göstərilir. 

Cari ilin yanvar-mart aylarında “Bakı KOB evi”ndə sahibkarlıq subyektlərinə göstərilmiş 80349 xidmətin 7812-si (9,72%) özəl qurumlar (“B2B”) tərəfindən təqdim edilib. 

Bu dövrdə “Bakı KOB evi”nə müraciət edən sahibkarlar daha çox “Kapital Bank” ASC-nin – 5086 (6,33%), “Bank Respublika” ASC-nin – 1025 (1,28%), “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin – 1022 (1,27%), “Dynamic Express” MMC-nin – 223 (0,28%), “Ase Express”in – 148 (0,8%) xidmətləri üçün müraciət ediblər. Müvafiq özəl qurumlar tərəfindən sahibkarlara biznes fəaliyyəti üçün zəruri olan müxtəlif bank, logistika və yükdaşıma xidmətləri göstərilib. 



Powered by Froala Editor

06.05.2024, 10:14 393
KOBİA elektron portalının pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur. logo