KOB-ların məhsullarından və əl işlərindən ibarət yarmarka mayın 30-dək davam edəcək.
İçərişəhərdə “May yarmarkası” çərçivəsində mikro və kiçik sahibkarların və sənətkarların məhsullarından ibarət sərgi-satış yarmarkası keçirilir.
Mayın 28-dən start götürən yarmarka Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə keçirilir. Yarmarkada 10-a yaxın KOB subyektinin qida və qeyri-qida məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl işləri sərgilənir və satılır. Məqsəd KOB subyektlərinin istehsal etdiyi məhsulların geniş istehlakçı auditoriyasına tanıdılması və satışına dəstək olmaq, istehlakçıları KOB-ların məhsullarını almağa təşviq etməkdir. Yarmarka çərçivəsində həmçinin, ziyarətçilərin vaxtlarını maraqlı keçirməsi üçün mədəni-əyləncəli proqram da təşkil olunub.
Sərgi-satış yarmarkası mayın 30-dək davam edəcəkdir.
Powered by Froala Editor