Sahibkarların iştirakı ilə ətraf mühiti idarəetmə sistemlərinə dair tədbir keçirilib

20-yə yaxın biznes subyektinin iştirak etdiyi tədbirdə sahibkarlar “ISO 14001 ətraf mühiti idarəetmə sistemləri” barədə məlumatlandırılıb.

“Bakı KOB evi”ndə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə sahibkarlar üçün “İSO 140001 ətraf mühiti idarəetmə sistemləri. Tələblər və tətbiqinə dair rəhbərlik” mövzusunda maarifləndirici tədbiri keçirilib. 

Tədbir müəssisələrin resurslardan effektiv istifadə edilməsi və tullantıların azaldılması hesabına özlərinin ətraf mühit performansını artırması, rəqabət üstünlükləri əldə etməsində və maraqlı tərəflərin inam və etibarını qazanmasında “ISO 14001 ətraf mühiti idarəetmə sistemləri. Tələblər və tətbiqinə dair rəhbərlik” standartının verəcəyi üstünlüklər barədə məlumatlandırılması  məqsədilə təşkil olunub. 

20-yə yaxın biznes subyektinin iştirak etdiyi tədbirdə beynəlxalq standartın tələbləri və tətbiqi barədə ətraflı məlumat verilib, sahibkarların sualları cavablandırılıb. 

Qeyd edək ki, tədbir Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı çərçivəsində keçirilib.

Powered by Froala Editor

18.07.2024, 08:56 124
KOBİA elektron portalının pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur. logo