Azərbaycan - İraq Biznes Şurası yaradılır

Azərbaycan-İraq biznes forumu çərçivəsində Biznes Şuranın yaradılması ilə bağlı sənəd imzalanıb.

Azərbaycan və İraqın işgüzar dairələri arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan-İraq Biznes Şurası yaradılır. Bununla bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İraq Ticarət Palataları Federasiyası arasında sənəd imzalanıb.

Bakıda keçirilən Azərbaycan-İraq biznes forumu çərçivəsində sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İraq Ticarət Palatalar Federasiyasının prezidenti Abdulrazaq Al-Zuheyri imzalayıblar. 

Hər iki ölkədən biznes nümayəndələrinin təmsil olunacağı Biznes Şura sahibkarların təşəbbüslərini dəstəkləyəcək, onlar arasında birbaşa əlaqələrin qurulmasına, qarşılıqlı səfərlərin, görüşlərin və müxtəlif tədbirlərin təşkilinə kömək edəcək, iş adamları arasında informasiya mübadiləsini həyata keçirəcəkdir.


Powered by Froala Editor

17.09.2024, 14:18 116
KOBİA elektron portalının pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur. logo