KOBİA hansı məqsədlə yaradılıb?_ru

KOBİA Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə ölkədə investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi və səmərəli əlaqələndirmənin tətbiqi, kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin artırılması, bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması, maliyyə resurslarına KOB subyektlərinin çıxış imkanlarının genişləndirilməsi və institusional dəstək mexanizmlərinin formalaşdırılması, sahibkarlığın hüquqi təminatının gücləndirilməsi məqsədilə yaradılıb._ru

KOBİA tərəfindən sahibkarlara hansı xidmətlər göstərilir?_ru

KOBİA tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə və öz biznesini qurmaq istəyənlərə informasiya, məsləhət, təlim-tədris, hüquqi yardım, digər dövlət strukturları ilə əlaqələndirmə, bazarlara və maliyyə resurslarına çıxışın yaxşılaşdırılması, sahibkarların maraqlarının müdafiəsi kimi istiqamətlərdə dəstək və xidmətlər göstərilir._ru

Öz biznesini qurmaq və genişləndirmək istəyən sahibkarlar hara müraciət edə bilər?_ru

Öz biznesini qurmaq və mövcud sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən sahibkarlar KOBİA-ya və ya Agentliyin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən KOB dostlarına müraciət edə bilərlər. KOBİA tərəfindən mikro, kiçik və orta sahibkarlara biznesin qurulması və inkişafı etdirilməsi üçün informasiya, məsləhət, təlim-tədris, digər dövlət strukturları ilə əlaqələndirmə, hüquqi yardım, maraqların müdafiəsi, bazarlara və maliyyə resurslarına çıxışın yaxşılaşdırılması istiqamətlərində dəstək və xidmətlər göstərilir._ru

Hansı sahibkarlar mikro, kiçik və orta sahibkarlar hesab olunur?_ru

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli Qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin yeni bölgüsü meyarları” təsdiq olunub. Bu meyarlara əsasən, mikro sahibkar işçilərinin sayı 10-dək, illik gəliri 200 min manatadək olan sahibkardır. İşçilərinin sayı 11-50 arasında, illik gəliri 3 milyon manatədək olan sahibkar kiçik sahibkar hesab olunur. Orta sahibkar işçilərinin sayı 51-250 arasında, illik gəliri isə 3-30 milyon manat arasında olan sahibkardır._ru

KOB İnkişaf Mərkəzi nədir?_ru

KOB inkişaf mərkəzləri KOBİA-nın struktur bölmələridir. Bu mərkəzlərdə sahibkarların ehtiyaclarına uyğun olaraq peşəkar təlimçi-ekspertlər tərəfindən biznesyönümlü təlimlər keçirilir, məsləhət, biznes planın hazırlanması və digər xidmətlər göstərilir. KOB inkişaf mərkəzləri tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir._ru

KOBİA elektron portalının pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur. logo