e-KOB portalı nədir və kimlər üçün nəzərdə tutulub?

e-KOB portalı sahibkarlar və kiçik və orta biznes (KOB) subyektləri üçün yaradılmış rəqəmsal platformadır. Portal vasitəsilə sahibkarlar müxtəlif dövlət və özəl xidmətlərə çıxış əldə edə, bizneslərini inkişaf etdirmək üçün dəstək proqramlarından yararlana və onlayn müraciətlər edə bilərlər.

e-KOB portalında şəxsi kabinetinetə necə daxil ola bilərəm?

e-KOB portalında şəxsi kabinetinizə Vahid Giriş Sistemi - “Digital Login” vasitəsi ilə daxil ola bilərsiniz. Bunun üçün 5 giriş üsulundan birini seçməyiniz kifayətdir.

Portal üzərindən hansı xidmətlərdən yararlana bilərəm?

e-KOB portalı vasitəsilə sahibkarlar, dövlət dəstəyi proqramlarına müraciət, maliyyə və kredit imkanları haqqında məlumat əldə etmək, investisiya və təlim proqramlarına qoşulmaq, elektron sənədləşmə və lisenziyalarla bağlı əməliyyatlar aparmaq, məsləhət xidmətlərindən yararlan bilərlər.

logo