KOBİA nümayəndələri Avstraliyada sahibkarlıqla məşğul olan Azərbaycan və Türkiyə iş adamları ilə görüşüb

Avstraliyada işgüzar səfərdə olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Sidney şəhərində fəaliyyət göstərən Azərbaycan və Türkiyə iş adamları, eləcə də Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Sidney nümayəndəliyi ilə görüşüb. 

Tikinti, təhsil, qida və nəqliyyat-logistika sektorlarında çalışan iş adamları ilə xarici ölkədə biznes fəaliyyətinə, ticarət əlaqələrinə dair fikir mübadiləsi aparılıb, KOBİA-nın fəaliyyətinə, yerli və xarici iş adamları arasında birgə təşəbbüslərin reallaşdırılmasına Agentliyin dəstəyi barədə məlumat verilib. 






Powered by Froala Editor

23.09.2023
logo