Elan

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “EU4Environment” layihəsi çərçivəsində kiçik və orta istehsal müəssisələri Resurs Səmərəliliyi və Daha Təmiz İstehsalın (RSDTİ) Azərbaycanda tətbiqində iştirak etməyə dəvət olunurlar.  

RSDTİ metodologiyasının tətbiqini genişləndirmək məqsədilə müraciət edən müəssisələr arasından ən azı 15-i seçilərək, onlara müəssisələrini “yaşıllaşdırmaq” və istehsalın səmərəliliyini artırmaq üçün dəstək göstəriləcəkdir. Dəstək tədbirləri enerji, xammal və materiallardan istifadə, su səmərəliliyi və tullantıların idarə olunması sahələrini əhatə edəcəkdir.

İştirak etmək istəyən şirkətlər aşağıdakı meyarlara cavab verməlidir:

Azərbaycanda yerli hüquqi şəxs kimi qeydiyyatdan keçməli və fəaliyyət göstərməlidir;

Kiçik və ya orta sahibkarlıq subyekti olmalı; 

Emal sənayesi sahəsində fəaliyyət göstərməlidir.

Ətraflı: https://bit.ly/3FceYxc 



Powered by Froala Editor

10.03.2023, 14:01 118
KOBİA elektron portalının pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur. logo