KOBİA və Koreyanın KOTRA Agentliyi arasında görüş keçirilib

KOBİA və KOTRA arasında potensial əməkdaşlıq imkanlarına, KOB-ların inkişafına dəstək məqsədilə birgə təşəbbüslərə dair fikir mübadiləsi aparılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) MDB ölkələri üzrə baş direktoru Seongsu Kim ilə görüşüb. 

KOTRA-nın Azərbaycan ofisinin rəhbəri Kyekvon Jonun da iştirak etdiyi görüşdə potensial əməkdaşlıq imkankarına, yerli KOB-ların inkişafına dəstək məqsədilə birgə təşəbbüslərə dair fikir mübadiləsi aparılıb, KOBİA-nın fəaliyyət istiqamətləri və dəstək mexanizmləri barədə məlumat verilib.

Powered by Froala Editor

11.04.2023, 10:38 123
KOBİA elektron portalının pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur. logo