“Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” İşçi Qrupunun iclası keçirilib

İşçi Qrupunun iclasında 2022-ci il üzrə Fəaliyyət Planının icrası istiqamətində görülmüş işlər və nəzərdə tutulan tədbirlər müzakirə edilib. 

Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” İşçi Qrupunun növbəti iclası keçirilib.

Onlayn formatda təşkil olunmuş iclasda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Mərkəzi Bankın, Dövlət Statistika Komitəsinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Dövlət Neft Şirkətinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, eləcə də bir sıra biznes assosiasiyaların və şirkətlərin nümayəndələri iştirak ediblər.

İclasda İşçi Qrupunun 2022-ci il üzrə Fəaliyyət Planının icrası istiqamətində görülmüş işlər və əldə olunmuş nəticələr barədə məlumat verilib, qarşıda duran vəzifələrə dair müzakirələr aparılıb. Həmçinin, müvafiq reytinq hesabatlarında ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlərin icrasının vaxtında və effektiv həyata keçirilməsinə dair tapşırıq və tövsiyələr verilib.

Powered by Froala Editor

18.04.2023, 09:05 125
KOBİA elektron portalının pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur. logo