KOBİA və Gürcüstanın Ticarət və Sənaye Palatası arasında keçirilmiş görüşdə hər iki ölkənin biznes subyektləri arasında əlaqələrin genişləndirilməsi və əməkdaşlıq perspektivləri müzakirə edilib.
Gürcüstana səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Tbilisidə bu ölkənin Ticarət və Sənaye Palatasının prezidenti Giorgi Pertaia ilə görüşüb.
Görüşdə hər iki ölkənin KOB subyektləri arasında əlaqələrin daha da genişləndirilməsinə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb, KOBİA-nın fəaliyyətinə dair məlumat verilib.
Powered by Froala Editor