Halal sənaye üzrə aparıcı qurumların nümayəndələri ilə görüşdə 2024-cü ildə KOBİA-nın təşkilatçılığı ilə Bakıda keçiriləcək Halal Biznes və Turizm Forumu çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə səfərdə olan Malayziyanın Halal İnkişaf Korporasiyasının icraçı direktoru Hairol Arifeyn Sahari, İslam İnkişaf Bankının Kuala Lumpurdakı Mükəmməllik Mərkəzinin rəhbəri Samer Elesav və Türkiyənin Halal Akkreditasiya Agentliyinin baş katibi Süleyman Beşli ilə görüşüb.
Görüşdə ölkəmizdə halal sənaye, bu sahədə təcrübə mübadiləsi və 2024-cü ildə KOBİA-nın təşkilatçılığı ilə Bakıda keçirilməsi planlaşdırılan Halal Biznes və Turizm Forumu çərçivəsində mümkün əməkdaşlıq imkanları müzakirə edilib.
Powered by Froala Editor