Çinin “Jiubai Import & Export” şirkəti ilə görüşdə “yaşıl enerji” və elektrik avtomobillərinin istehsalı, bu sahələrə investisiya qoyuluşu barədə fikir mübadiləsi aparılıb
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Çinin “Jiubai Import & Export” şirkətinin nümayəndələri ilə görüşüb.
Görüşdə ölkəmizdə “yaşıl enerji” və elektrik avtomobillərinin istehsalı, ətraf mühitin qorunmasında əhəmiyyətli olan bu sahələrə investisiya qoyuluşuna dair fikir mübadiləsi aparılıb. Həmçinin görüşdə Çin şirkəti KOBİA-nın biznesə göstərdiyi dəstək və xidmətlər, o cümlədən yerli və xarici iş adamlarının əlaqələndirilməsinə Agentliyin dəstəyi barədə məlumatlandırılıb.
Powered by Froala Editor