Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB-ların rəhbər və işçi heyəti arasında 2 sentyabr - 31 oktyabr 2024-cü il tarixlərində müsabiqə elan edir.
Müsabiqə Mərkəzi Bankın Virtual Təhsil Platformasının (https://edu.e-cbar.az) iki kursu üzrə keçiriləcək:
1."İzafi borclanma: problemlər və tövsiyələr"
(https://edu.e-cbar.az/course/preview.php?id=97).
2."Vergilər və vergitutma"
(https://edu.e-cbar.az/course/view.php?id=63).
Müsabiqədə iştirak etmək istəyən KOB-lar Virtual Təhsil Platformasında (https://edu.e-cbar.az) qeydiyyatdan keçəndən sonra, qeydiyyat prosesində istifadə etdiyi elektron poçt ünvanından mmpi@cbar.az ünvanına müsabiqədə iştirak edəcəyi barədə məlumat verməlidir (S.A.A., VÖEN-i, iş yerindən arayış və əlaqə nömrəni qeyd edərək).
Son müraciət tarixi: 1 oktyabr 2024
İmtahanlar müsabiqə iştirakçılarının sayından asılı olaraq fiziki və onlayn formatda (Zoom tətbiqi vasitəsi ilə) keçiriləcək.
Yuxarıda qeyd olunan kursları bitirən iştirakçılara imtahan günü və saatı AMB əməkdaşları tərəfindən göndəriləcək.
Qeydiyyat prosesi haqqında ətraflı məlumatı bu link vasitəsilə ala bilərsiniz: https://www.youtube.com/watch?v=0iNZkyQ0Q7M
Qaliblər hər iki kurs üzrə ümumi nəticənin orta balına görə seçiləcəklər. Hər kurs üzrə balın 70% və ondan yuxarı olması mütləqdir.
Müsabiqə iştirakçıları arasında on ən yüksək nəticə göstərənlər planşet ilə mükafatlandırılacaq.
Müsabiqə ilə bağlı sualı olanlar (+994) 12 598 2761, 50 209 03 91 telefon nömrələri ilə əlaqə yarada, yaxud mmpi@cbar.az elektron poçtuna yaza bilərlər.
Powered by Froala Editor