Ekologiya və Təbii Sərvətlər Nazirliyi, KOBİA və "SYMBA Group" şirkəti məişət tullantılarının emalı sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun və "SYMBA Group" şirkətinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Görüşdə məişət tullantılarının emalı sahəsində tərəflər arasında əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb, "SYMBA Group" şirkətinin müvafiq sahədə fəaliyyətinə dair təqdimat keçirilib.
Görüş çərçivəsində həmçinin, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Bakı KOB evi"ndə nazirliyin sahibkarlara müxtəlif xidmətlərinin təqdim olunduğu xidmət pəncərəsinin fəaliyyəti ilə tanış olub.
Powered by Froala Editor