KOBİA və Omanın Kiçik və Orta Sahibkarlığın İnkişafı Təşkilatı arasında görüşdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Avstraliyanın Melburn şəhərində keçirilən Qlobal Sahibkarlar Konqresi (“GEC2023”) çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Omanın Kiçik və Orta Sahibkarlığın İnkişafı Təşkilatının sədri Həlimə bint Rəşid əl-Zari ilə görüşüb.
Görüşdə KOB-lara dəstək və xidmət sahəsində təcrübə mübadiləsi aparılıb, birgə əməkdaşlıq imkanları müzakirə edilib.
Powered by Froala Editor