Bakıda KOBİA-nın dəstəyi ilə Polşa Sərgi Evi açılıb

Bakıda fəaliyyətə başlayan Polşa Sərgi Evi ölkələrimiz arasında ticarətin artmasına, işgüzar əməkdaşlığın inkişafına töhfə verəcək.

Bakıda Polşa Sərgi Evi açılıb. Mərkəzdə Polşa istehsalı olan müxtəlif məhsullar sərgilənir. Sərgi evinin fəaliyyətə başlamasına Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən də dəstək göstərilib. 

Polşa Sərgi Evinin açılışına həsr olunan tədbirdə Polşanın Azərbaycandakı səfiri Rafal Poborski, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və iş adamları iştirak ediblər. KOBİA sədri tədbirdəki çıxışında qeyd edib ki, iki ölkə arasında əlaqələrin inkişafı biznes dairələri, xüsusilə də KOB-lar arasında əməkdaşlığın genişlənməsi üçün əlverişli imkan yaradır. Agentlik müxtəlif ölkələr ilə Azərbaycan KOB-ları arasında əlaqələrin qurulmasına və inkişafına töhfə verən platformaların yaradılmasını dəstəkləyir. Polşa Sərgi Evi də Azərbaycan və Polşa arasında işgüzar əməkdaşlığın inkişafına, ticarətin artmasına müsbət təsir göstərəcək, iş adamlarına və istehlakçılara Polşa məhsulları ilə yaxından tanış olmaq imkanı verəcəkdir. 



Powered by Froala Editor

12.10.2023, 15:17 108
KOBİA elektron portalının pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur. logo