Regionlarda sahibkarlarla maarifləndirici görüşlər davam edir

Abşeron, Astara, Qəbələ və Yevlaxda keçirilən görüşlərdə sahibkarlar dövlət dəstəyi tədbirləri barədə məlumatlandırılıb, təklifləri öyrənilib, sualları cavablandırılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, müvafiq dövlət qurumlarının iştirakı ilə Abşeron, Astara, Qəbələ və Yevlax rayonlarında sahibkarlarla görüşlər keçirilib. Görüşlərdə ümumilikdə 100-ə yaxın sahibkar iştirak edib. 

İstehsal, emal, əkinçilik, çəltikçilik və heyvandarlıq sahələrində fəaliyyət göstərən sahibkarların və fermerlərin iştirakı ilə keçirilən görüşlərdə müvafiq sahələrdə dövlət dəstəyi mexanizləri, o cümlədən dövlətin güzəştli kreditləri, subsidiyalar, vergi qanunvericliyində dəyişikliklər barədə məlumat verilib. 

Eyni zamanda görüşlər zamanı sahibkarların çətinlikləri və təklifləri öyrənilib, hazır məhsulun satışı, aqrar sahədə məhsulların sığortalanması, torpaq təyinatının dəyişdirilməsi, gömrük rəsmiləşdirilməsi, məhsuldarlığın artırılması və digər məsələlər müzakirə edilib, onları maraqlandıran suallar cavablandırılıb. 

 

Powered by Froala Editor

01.11.2023, 14:43 118
KOBİA elektron portalının pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur. logo