KOBİA və Mərakeşin müvafiq qurumları arasında Anlaşma Memorandumu imzalanıb

KOBİA və Mərakeşin aidiyyəti qurumları arasında imzalanmış sənəddə Azərbaycan və Mərakeş KOB-ları arasında ticarət və investisiya sahəsində əməkdaşlığın təşviqi üçün müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. 

Mərakeş Krallığının paytaxtı Rabat şəhərində rəsmi şəxslərin və iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən iş adamlarının iştirakı ilə Mərakeş-Azərbaycan biznes forumu keçirilib.

Forumda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov qurumun fəaliyyəti, yerli və xarici iş adamlarının iştirakı ilə birgə layihələrin reallaşdırılmasına Agentliyin dəstəyi barədə məlumat verib, hər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb. 

Tədbir çərçivəsində KOBİA, Mərakeş Krallığının Kiçik və Orta Sahibkarlığın Təşviqi üzrə Milli Agentliyi (“Maroc PME”) və Mərakeşin İnvestisiya və İxracın İnkişafı Agentliyi (AMDIE) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “Maroc PME”nin baş direktoru Brahim Arjdal və AMDIE-nin baş direktoru Əli Seddiki imzalayıblar. Memorandumda Azərbaycan və Mərakeş KOB-ları arasında ticarət və investisiya sahəsində əməkdaşlığın təşviqi məqsədilə müvafiq istiqamətdə yeniliklərə dair məlumat, KOB-ların və startapların dəstəklənməsi, onlara göstərilən xidmətlər, sahibkarlığın inkişafı sahəsində təcrübə mübadiləsi, KOB-lar arasında əlaqələrin qurulmasına dəstək, qarşılıqlı təşviqat tədbirlərinin və biznes missiyaların təşkili və s. məsələlər nəzərdə tutulur. 

Powered by Froala Editor

15.11.2023, 06:15 303
KOBİA elektron portalının pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur. logo