KOBİA və İCMA üzvləri arasında görüşdə biznes mühitinə, sahibkarlıq sahəsində yeniliklərə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Sahibkarların fikir və təkliflərini dinləmək, ehtiyacları ilə maraqlanmaq Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyət istiqamətlərindəndir. Bu məqsədlə KOBİA mütəmadi olaraq sahibkarlarla görüşlər keçirir.
Növbəti belə görüş “İş adamları Cəmiyyətinin Milli Assosiasiyası” İctimai Birliyinə (İCMA) üzv olan şirkətlərlə təşkil edilib.
“Bakı KOB evi”ndə işgüzar səhər yeməyi formatında keçirilən görüşdə Agentliyin rəhbər heyəti və iş adamları arasında biznes mühitinə, sahibkarlıq sahəsində yeniliklərə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Görüş zamanı həmçinin sahibkarların təklifləri və çətinlikləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Powered by Froala Editor