İşğaldan azad edilmiş ərazilərdə məşğulluq imkanlarına dair görüş keçirilib

Sahibkarlar işğaldan azad olunmuş ərazilərdə işəgötürənlər üçün nəzərdə tutulan güzəştlər, əməyin birgə maliyyələşdirilməsi qaydaları barədə məlumatlandırılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin məşğulluq imkanlarına dair məlumatlandırılması məqsədilə tədbir təşkil edilib. 

Onlayn formatda keçirilən görüşdə İqtisadiyyat Nazirliyinin, KOBİA-nın, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin, Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndələri, eləcə də 30-a yaxın sahibkarlıq subyekti iştirak edib. 

Təbirdə işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürən və işçilər arasında münasibətlərin tənzimlənməsi, həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün qanunvericilikdə nəzərdə tutulan güzəştlər, əməyin birgə maliyyələşdirilməsi qaydaları, peşə kursları barədə ətraflı məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Powered by Froala Editor

22.02.2024, 08:20 127
KOBİA elektron portalının pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur. logo