Azərbaycan və Türkiyə iş adamları arasında B2B görüşlər keçirilib

200-ə yaxın sahibkarın iştirak etdiyi görüşdə Azərbaycan və Türkiyə arasında biznes əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu imkanları müzakirə edilib.

Türkiyə İxracatçılar Məclisinin təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Türkiyə və Azərbaycan iş adamlarının iştirakı ilə biznes görüş keçirilib. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə təşkil olunan tədbirdə Türkiyə İxracatçılar Məclisinin vitse-prezidenti Ahmet Fikret Kileci, KOBİA-nın İdarə Heyəti sədrinin müavini Hikmət Məmmədov, Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı iki ölkə arasında iqtisadi əlaqələr, işgüzar dairələr arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanları barədə fikirlərini bölüşüblər. 

Hər iki ölkədən xidmət, qida, avtomobil sənayesi, İKT, kimya, qara və əlvan metallurgiya və s. sektorlarda fəaliyyət göstərən 200-ə yaxın iş adamının iştirak etdiyi görüşdə qarşılıqlı əməkdaşlıq və investisiya qoyuluşu imkanları, KOB-lar arasında əlaqələrin qurulması müzakirə edilib. 

Tədbir çərçivəsində həmçinin ölkəmizin əlverişli investisiya mühiti, sərmayə qoyuluşu və ixrac potensialı barədə məlumat verilib, iş adamaları arasında B2B və sahəvi görüşlər keçirilib.

Powered by Froala Editor

03.04.2024, 08:15 135
KOBİA elektron portalının pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur. logo