Somali nümayəndə heyəti Azərbaycanın kiçik və orta sahibkarlıq sahəsində təcrübəsinin Somalidə tədbiqinə maraqlarını ifadə ediblər.
Somali Federativ Respublikasının nümayəndələrindən ibarət heyət ölkəmizə səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.
Nümayəndə heyətində Somalinin Xarici İşlər Nazirliyinin Asiya və Avstraliya üzrə direktoru Abdisalam Süleyman Abdi Kodar, Baş nazirin katibinin müavini Abdirizak Əli İbrahim, Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyinin katibi Həsən Məhəmməd Əli təmsil olunub.
KOBİA və Somali nümayəndələri arasındakı görüşdə KOB sahəsində təcrübə mübadiləsinə dair müzakirələr aparılıb. Ölkəmizdə KOB subyektlərinə göstərilən dəstək və xidmətləri maraqla qarşılayan qonaqlar Azərbaycanın kiçik və orta sahibkarlıq sahəsində təcrübəsinin Somalidə tədbiqinə maraqlarını ifadə ediblər. Görüşdə həmçinin, Somalidə fəaliyyət göstərən KOB subyektləri üçün təlimlərin təşkili imkanlarına, dövlət və özəl qurumlar arasında əlaqələrin yaradılmasına dair fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti həmçinin “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub.
Powered by Froala Editor