Gənclər sahibkarlara göstərilən dəstək və xidmətlər, KOBİA-nın fəaliyyəti barədə məlumatlandırılıb, sualları cavablandırılıb.
Bakıda təhsil alan Türkiyəli tələbələr və “Gənc MÜSİAD Azərbaycan”a üzv olan gənclərlə “Bakı KOB evi”ndə görüş keçirilib.
“Gənc MÜSİAD Azərbaycan”ın “By Protocol” layihəsi çərçivəsində təşkil olunan görüşdə biznesə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) göstərdiyi dəstək və xidmətlər, eləcə də Agentliyin fəaliyyəti barədə məlumat verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “Gənc MÜSİAD Azərbaycan”ın rəhbəri Akif Başoğlu, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Texniki Universiteti kimi ali təhsil müəssisələrində təhsil alan Türkiyəli tələbələr iştirak ediblər.
Gənclər “Bakı KOB evi”nin fəaliyyəti ilə də tanış olublar.
Powered by Froala Editor