Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirinin müavini “Bakı KOB evi”ndə olub

Görüşdə biznes dairələri arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin icrasına maraq göstərən şirkətlərin iştirakı ilə tədbirlərin təşkili kimi məsələlər müzakirə edilib.

Bakıda Azərbaycan–Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Nazirlərinin Təcrübə Mübadiləsi Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan BƏƏ-nin iqtisadiyyat nazirinin xarici ticarət və sənaye üzrə müavini Abdulla Əhməd Əl Saleh və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov arasında görüş keçirilib. 

Görüşdə hər iki ölkənin KOB-ları arasında ticarət əlaqələrinin genişləndirilməsinə dair potensial əməkdaşlıq istiqamətlərinə, münasibətlərin gücləndirilməsi üçün qarşılıqlı biznes missiyaların təşkilinə, investisiya qoyuluşu sahəsində məlumat mübadiləsinə, birgə layihələrin icrasına maraq göstərən şirkətlərin və aidiyyəti qurumların iştirakı ilə tədbirlərin keçirilməsinə dair fikir mübadiləsi aparılıb. 

Nümayəndə heyəti həmçinin “Bakı KOB evi”nin fəaliyyəti, burada sahibkarlara göstərilən xidmətlərlə yaxından tanış olub. 

Powered by Froala Editor

12.06.2024, 13:46 120
KOBİA elektron portalının pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur. logo