Türkiyədə keçirilmiş sərgidə Azərbaycan sahibkarları da iştirak edib

Türkiyənin İstanbul şəhərində Ayaqqabı və Dəri Məmulatları Sərgisi - "AYSAF-2022" keçirilib. 


Sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstək proqramı çərçivəsində müvafiq sahədə məhsul və xidmətlər təklif edən Azərbaycan sahibkarları da iştirak ediblər. KOBİA-nın stendində sahibkarlarla yanaşı, Azərbaycan Gön Dəri İstehsalçıları Assosiasiyası da təmsil olunub.


Qeyd edək ki, "AYSAF-2022" sərgisi 16-19 noyabr tarixlərində keçirilib. Sərgidə 80-dən çox ölkədən 300-dən artıq şirkət iştirak edib.

Powered by Froala Editor

19.11.2022
logo