Xoşbulaq kəndində yerləşən istirahət mərkəzində olan KOBİA nümayəndələri kəndin turizm imkanlarına və biznes subyektinin fəaliyyətinə dair sahibkarla fikir mübadiləsi aparıblar.
Gəncə–Daşkəsən iqtisadi rayonuna səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən “Xoş Qonaq” istirahət mərkəzində olublar. Mərkəzlə tanışlıq zamanı kəndin turizm imkanlarına və biznes subyektinin fəaliyyətinə dair sahibkarla fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 2022-ci ildən fəaliyyət göstərən istirahət mərkəzi turizm və ictimai-iaşə xidməti göstərir. Mərkəzdə 25 nəfər çalışır. KOBİA tərəfindən mərkəzə bir neçə istiqamətdə, o cümlədən biznes planın hazırlanması, mərkəzin işçiləri üçün peşə təlimlərinin təşkili və digər sahələrdə dəstək göstərilib.
Powered by Froala Editor