İllik İnvestisiya Toplantısının icraçı direktoru və KOBİA arasında görüşdə KOB-ların sərgilərdə iştirakına və startaplara dəstəyə dair fikir mübadiləsi aparılıb.
Birləşmiş Ərəb Əmirliklərində keçirilən İllik İnvestisiya Toplantısının icraçı direktoru Valid Farqal Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.
Görüşdə sərgi və konfransların təşkilinə, belə tədbirlərdə kiçik və orta sahibkarların iştirakına, ölkəmizdə startap ekosisteminə və startaplara dəstək tədbirlərinə dair fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, KOBİA-nın fəaliyyət istiqamətlərindən biri də KOB-ların bazarlara çıxışına dəstək göstərməkdir və Agentlik bu sahədə biznes subyektlərinin sərgilərdə iştirakına və ticarət şəbəkələrinə çıxışına dəstək olur. Həmçinin, Agentlik tərəfindən startapların layihələrinin reallaşdırılmasına dəstək məqsədilə vergi güzəştlərini nəzərdə tutan “Startap” şəhadətnaməsi verilir.
Powered by Froala Editor