“Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” üzrə işçi qrupunun iclası keçiriləcək

“Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun növbəti iclasında 2023-cü il üzrə Fəaliyyət Planının icrasına və qarşıda duran vəzifələrə dair müzakirələr aparılacaq.

Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun 12 sentyabr 2023-cü il tarixində   saat 10:30-da “Zoom” onlayn platforması vasitəsilə növbəti iclasının keçirilməsi nəzərdə tutulur.

İclasda İşçi Qrupunun 2023-cü il üçün Fəaliyyət Planının müvafiq bəndlərinin ötən dövr üzrə icra vəziyyətinə və qarşıda duran vəzifələrə dair müzakirələr aparılacaq.

İclasda işçi qrupa üzv olan dövlət orqanlarının, eləcə də özəl və beynəlxalq şirkətlərin məsul şəxsləri iştirak edəcəkdir.


Powered by Froala Editor

07.09.2023, 11:32 145
KOBİA elektron portalının pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur. logo