KOB-lar məşğulluğun təmin edilməsində əhəmiyyətli rol oynayır

KOBİA rəhbərliyi işçilərinin 90%-ə yaxını qadınlardan ibarət olan tekstil müəssisəsinin fəaliyyəti ilə tanış olub, ölkəmizdə bu sektorun inkişafına dair sahibkarla fikir mübadiləsi aparılıb.  

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Qaraçuxur qəsəbəsində yerləşən tekstil müəssisəsinin fəaliyyəti ilə tanış olub. Görüşdə sahibkarla ölkəmizdə tekstil sahəsinin inkişafına, müəssisənin inkişaf ehtiyaclarına və ixrac imkanlarına dair fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, “Azani tekstil” 2000-ci ildən fəaliyyət göstərir. Müəssisədə uşaq, idman geyimləri və digər tekstil məhsulları istehsal olunur. Müəssisə qadınların məşğulluğunun təmin edilməsinə əhəmiyyətli töhfə verir. Burada çalışan 100-dən çox işçinin 90%-ə yaxını qadınlardır.





Powered by Froala Editor

09.09.2023, 10:09 132
KOBİA elektron portalının pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur. logo