Qazax rayonunda sahibkarlarla görüş keçirilib

200-ə yaxın fermer və sahibkarın iştirakı ilə keçirilən tədbirdə investisiya təşviqi sənədi, KOB subyektlərinin maliyyə resurlarına çıxışı, dövlətin güzəştli kreditləri, subsidiyalar, əkin sahələrinin sığortalanması barədə məlumat verilib. 

Qazax rayonunda sahibkarlar üçün “Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta”, “Qeyri-formal məşğulluğun aradan qaldırılması”, “Kiçik və orta biznesin inkişafına dövlət dəstəyi” mövzularında tədbir keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Qazax Rayon İcra Hakimiyyətinin, Aqrar Sığorta Fondunun və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə 200-ə yaxın fermer və sahibkar iştirak edib.

Görüşdə aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən investisiya təşviqi sənədi, KOB subyektlərinin maliyyə resurlarına çıxışı, müvəkkil banklar tərəfindən sahibkarlıq fəaliyyəti üçün verilən biznes və güzəştli kreditlər, subsidiyaların qeydiyyata alınması, əkin sahələrinin sığortalanması barədə biznes subyektlərinə məlumat verilib, fermer və sahibkarları maraqlandıran suallar cavablandırılıb, təklifləri dinlənilib. 

Powered by Froala Editor

19.09.2023, 14:02 116
KOBİA elektron portalının pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur. logo