Səudiyyə Ərəbistanının investisiya nazirinin müavini ilə görüşdə əməkdaşlıq perspektivləri və hər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin inkişafı müzakirə edilib.
Səudiyyə Ərəbistanına səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Səudiyyə Ərəbistanının investisiya nazirinin beynəlxalq əməkdaşlıq üzrə müavini Məhəmməd Əl Hasnah ilə görüşüb.
Görüşdə hər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsinə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Powered by Froala Editor