“Bakı KOB evi”ni ziyarət edən Türkiyənin ölkəmizdəki səfirinə KOB evlərinin biznesin işini asanlaşdırması, bu sahədə nəzərdə tutulan yeniliklər barədə məlumat verilib.
Türkiyə Respublikasının Azərbaycandakı səfiri Cahit Bağcı “Bakı KOB evi”ndə olub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov səfirə KOB evi konsepsiyası və üstünlükləri, vahid məkanda dövlət və özəl qurumlar tərəfindən sahibkarlara göstərilən xidmətlərin biznesin işini asanlaşdırması, KOB evləri ilə bağlı nəzərdə tutulan yeniliklər barədə məlumat verib.
“Bakı KOB evi” ilə tanışlıq çərçivəsində həmçinin, hər iki ölkənin iş adamları arasında əlaqələrin genişləndirilməsinə, ökəmizdə fəaliyyət göstərən Türkiyə şirkətləri ilə yerli KOB subyektlərinin əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Powered by Froala Editor