“Almaniya ilə biznes əməkdaşlığı” Proqramı çərçivəsində “Ağıllı kənd təsərrüfatı” mövzusunda növbəti qrupa qəbul elan edilir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birlikdə “Almaniya ilə biznes əməkdaşlığı” Proqramı ("Partnering in Business with Germany") çərçivəsində 2024-cü il üçün növbəti

 

MÜSABİQƏ ELAN EDİR

 

Mövzu: “Ağıllı kənd təsərrüfatı”   

Proqramın dili:  ingilis dili

Proqram sahibkarlar, özəl və dövlət şirkətlərinin mütəxəssis və menecerləri üçün nəzərdə tutulur. Proqramın ümumi müddəti 7 ay təşkil edir və aşağıdakı mərhələlərdən ibarətdir:

- Onlayn təlim mərhələsi: 6 həftə; 

- Almaniyada təlim və təcrübə: 2 həftə;

- Praktiki icra mərhələsi: 5 ay;

- Şəbəkələşmə tədbiri: 2 gün.

Təlimi uğurla başa vuranlara Almaniya tərəfinin müvafiq sertifikatı təqdim edilir.

Müsabiqədə iştirak etmək istəyən namizədlər aşağıda qeyd olunan sənədləri KOBİA-nın training@smb.gov.az e-mail ünvanına (mövzu yerinə "Almaniyada ixtisasartırma kursu - “Ağıllı kənd təsərrüfatı” yazmaqla) göndərməlidir:

- Müraciət forması; 

- Proqramda iştirakla bağlı şirkət rəhbərliyinin tövsiyə məktubu;

Əlavə məlumatı linkdən əldə etmək olar: https://bit.ly/3TcADN9

Sənəd qəbulu 11 mart 2024-cü il tarixinədək davam edəcək.

Əlaqələndirici şəxs: Məlahət Kazımova, (+994 12) 404 04 01 / (+994 55) 200 04 57, training@smb.gov.az

Qeyd: Proqram Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq KOBİA və GİZ tərəfindən birgə həyata keçirilir. İştirakçılar Almaniya mütəxəssisləri tərəfindən müsabiqə əsasında seçilir. İştirakçıların proqram çərçivəsində olan xərcləri (nəqliyyat xərcləri istisna olmaqla) Almaniya tərəfindən qarşılanır. 

Powered by Froala Editor

27.02.2024, 05:25 134
KOBİA elektron portalının pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur. logo