Görüşdə şirkətin ölkəmizdəki fəaliyyəti və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri İtalyanın “Pramac” şirkətinin vitse-prezidenti İqor Baraxtyanski və şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə rəsmi tərəfdaşı olan “Baku Business Group Holding”in əməkdaşları ilə görüşüblər.
Görüşdə KOBİA-nın mikro, kiçik və orta sahibkarlara göstərdiyi dəstək və xidmətlər barədə məlumat verilib, “Pramac” şirkətinin ölkəmizdəki fəaliyyətinə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Powered by Froala Editor