Gəncədə sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkası keçirilib

100-ə yaxın sənətkarın və yaradıcı şəxsin əl işlərinin nümayiş olunduğu “Gəncəsənət - Payız çalarları” incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkası həm də yaradıcı şəxsləri sahibkarlıq fəaliyyətinə təşviq edib. 

Gəncə şəhərində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Gəncə Regional Turizm İdarəsi, Gəncə-Daşkəsən Regional Məşğulluq filialı və Gəncə İctimai İştirakçılıq Məclisinin dəstəyi ilə “Gəncəsənət - Payız çalarları” incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkası keçirilib. 

Gəncə Filarmoniya Bağı və Urban Mərkəzində təşkil olunmuş sərgi-yarmarkada regionda fəaliyyət göstərən 100-ə yaxın sənətkarın və yaradıcı şəxsin əl işləri nümayiş olunub.

Qeyd edək ki, sərgi-yarmarkanın təşkilində məqsəd sənətkarlıq məhsullarının satışına və bu sahədə alıcılıq qabiliyyətinin artırılmasına dəstək olmaq, regionun sənətkarlıq nümunələrinin tanıdılması, qədim sənət ənənələrinin dirçəldilməsi və şəhərin mədəni həyatının canlandırılması, eləcə də yaradıcılıqla məşğul olan sənətkarlar və alıcılar arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, yaradıcı şəxslərin sahibkarlıq fəaliyyətinə təşviq edilməsi olub. 

Powered by Froala Editor

06.11.2023, 14:00 374
KOBİA elektron portalının pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur. logo