KOBİA-nın təşkilatçılığı ilə Azərbaycanın tikinti şirkətləri Səudiyyə Ərəbistanında səfərdədir

Azərbaycan iş adamları Ər-Riyadda keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 3-cü iclasında iştirak edib, tikinti müəssisəsində olublar. 

Azərbaycanın tikinti sektorunda fəaliyyət göstərən şirkətlərinin nümayəndələri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Səudiyyə Ərəbistanında səfərdədirlər. 

Səfər çərçivəsində iş adamları Ər-Riyad şəhərində keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 3-cü iclasında iştirak ediblər. Qeyd edək ki, İşgüzar Şuranın bu dəfəki iclası tikinti sahəsində əməkdaşlığa həsr olunub. 

Həmçinin, səfər zamanı Azərbaycan iş adamları Səudiyyə Ərəbistanının "Build Industrial" müəssisəsinin fəaliyyəti ilə tanış olub, əməkdaşlıq imkanlarını müzakirə ediblər.

 


Powered by Froala Editor

16.10.2023, 13:36 149
KOBİA elektron portalının pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur. logo