Görüşdə əməkdaşlıq, işgüzar dairələrin əlaqələrinin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Ölkəmizdə səfərdə olan Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) İdarə Heyətinin üzvü Mustafa Özgür Yücelin rəhbərlik etdiyi nümayəndə heyəti Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.
Görüşdə Azərbaycan və Türkiyə iş adamları arasında əməkdaşlıq, ticarət əlaqələri və KOB-ların xarici ticarət fəaliyyətinin genişləndirilməsi, birgə layihələrin reallaşdırılması, hər iki qurumun KOB-ların inkişafına yönəlmiş birgə təşəbbüsləri, KOB-lar arasında məlumat və təcrübə mübadiləsinin davam etdirilməsi kimi məsələlər müzakirə edilib.
Görüşdə “MÜSİAD Azərbaycan”ın nümayəndələri də iştirak ediblər.
Powered by Froala Editor