“İnvestisiya səyahəti” tədbiri bu dəfə Şəki şəhərində

Şəkidə fəaliyyət göstərən biznes subyektləri alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırılıb. 

 

Mərkəzi Bankın, Bakı Fond Birjasının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və investisiya şirkətlərinin iştirakı ilə Şəki şəhərində “İnvestisiya səyahəti” layihəsi çərçivəsində tədbir təşkil olunub.


Tədbirdə regionda fəaliyyət göstərən biznes subyektləri kapital bazarının imkanları və Bakı Fond Birjasında listinqin üstünlükləri barədə məlumatlandırılıb, qiymətli kağızlar bazarına dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi, regionlarda bu sahəyə marağın artırılması və biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsi istiqamətində Bakı Fond Birjası və investisiya şirkətləri tərəfindən təqdimatlar keçirilib. 


Həmçinin, tədbir çərçivəsində investisiya şirkətləri tərəfindən kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektlərinin təsərrüfatlarına yerində baxış keçirilib, onların maliyyələşmə imkanları dəyərləndirilib. 


Qeyd edək ki, bu, sayca on ikinci belə tədbirdir. Bundan əvvəl “İnvestisiya səyahəti” tədbiri Gəncə, Xaçmaz, Lənkəran, Yevlax, Qəbələ, Şamaxı, Şabran, Göyçay, Şəmkir, Naxçıvan və Quba şəhərlərində təşkil olunub. Mütəmadi olaraq təşkil olunan “İnvestisiya səyahəti” tədbirlərinin məqsədi regionlarda fəaliyyət göstərən biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdır.

Powered by Froala Editor

22.06.2024, 06:25 333
KOBİA elektron portalının pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur. logo