Növbəni KOB evində yox, olduğun yerdə gözlə.
KOB evlərinin xidmətlərindən istifadə edən sahibkarlar KOB evlərinə gəlmədən onlayn növbə götürə bilərlər. Bunun üçün sahibkarlar “Android” (“GooglePlay”) və “İOS” (“AppStore”) əməliyyat sistemləri ilə çalışan mobil qurğularına “KOB növbə” tətbiqini yükləməlidir. Tətbiqi yüklədikdən sonra sahibkar şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil etməklə qeydiyyatdan keçə və şəxsi kabinetini yarada bilər. Sahibkarlar “KOB növbə” tətbiqi vasitəsilə KOB evlərinə gəlmədən növbə götürə və mərkəzə daha yaxın ərazidə olduqda növbəsini aktivləşdirə bilər.
“KOB növbə” tətbiqini yükləmək üçün linklər:
İOS - https://apple.co/3xEwjyl
Android - https://bit.ly/3ROweit
“KOB növbə” tətbiqi sahibkarlara növbələrini olduqları yerdə gözləməyə və bununla da vaxtlarına qənaət etməyə imkan verir.
Qeyd edək ki, Bakı, Xaçmaz və Yevlax şəhərlərində fəaliyyət göstərən KOB evlərində orta hesabla hər gün 250-yə yaxın sahibkara xidmət göstərilir. Sahibkarlar müxtəlif qurumlara getmədən, yalnız KOB evlərinə müraciət etməklə biznes fəaliyyəti ilə bağlı zəruri xidmətləri KOB evlərində ala bilərlər. Ümumilikdə KOB evlərində sahibkarlara dövlət qurumları tərəfindən 300-dən çox (sahibkarlıq fəaliyyəti üçün zəruri olan lisenziya, icazə, mənşə sertifikatı və digər sənədlərin alınması, vergi və gömrük məsələləri, kommunal xidmətlər, biznesin maliyyələşdirilməsi və s.), özəl qurumlar tərəfindən isə 100-dən artıq (bank, sığorta, logistika, yükdaşıma xidmətləri və s.) adda xidmətlər təqdim edilir.
Powered by Froala Editor